Azərbaycanda internet istifadəçilərinin sayı azdır - BMT rəsmisi

"Biz təklif etmişik ki, Azərbaycan Cənub partnyorluğunu qəbul etsin".
 
Bu sözləri BMT-nin Rezident Əlaqənəndiricisi Antonius Bruk Regional İdarəçilik İnternet Forumunda çıxış edib.
 
O bildirib: "İnternet vətəndaşların imkanlarını genişləndirəcək. Biz bir çox digər BMT təşkilatları ilə birgə Azərbaycana bu sahədə kömək edəcəyik. Hazırda Azərbaycanda 3 milyon insan internetdən istifadə edir. Amma bu rəqəm azdır. BMT İnkişaf Proqramı eyni zamanda BMT regional İnternet forumu dəstəkləməklə bağlı öhdəçilik də götürüb və bu forumu dəstəkləyirik".(salamnews)

Google+ WhatsApp ok.ru