Azərbaycanda 15 yaşı tamam olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsi veriləcək 08 Dekabr 2015 02:00 Ölkə Azərbaycanda 15 yaşı tamam olmayan vətəndaşlara 2017-ci il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək olan müddətdə şəxsiyyət vəsiqəsi veriləcək. Bununla bağlı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilməsi haqqında” qanuna dəyişiklik ediləcək. Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub. Dəyişiklik 15 yaşı tamam olmayan Azərbaycan vətəndaşının fərdi identifikasiya kartının 2020-ci il yanvarın 1-dən tətbiq edilməsinə görə təklif olunub. Müzakirələr zamanı məlumat verilib ki, 15 yaşı tamam olmamış vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında həyata keçirilir. 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlı olacaq. Qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.(report) Teqlər : #Azərbaycanda 15 yaşı tamam olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsi veriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dəniz sahilinə yolu kəsənlər ciddi cəzalanacaq Sizin də eviniz sürüşmə sahəsindədirmi? - RASMİ AÇIQLAMA