Azərbaycanda benzinin qiymətində dəyişiklik gözlənilirmi? 22 Dekabr 2015 02:00 Ölkə “SOCAR Petroleum” şirkəti əvvəlki qaydada işləyir və benzinin qiymətlərində heç bir dəyişiklik yoxdur. Bunu Trend-ə açıqlamasında şirkətin mətbuat katibi Üzeyir Həbibbəyli deyib. Onun sözlərinə görə, ölkədə qiymət məsələsini tənzimləyən Tarif (qiymət) Şurası hansı qərarı versə, şirkət də ona uyğun addım atacaq: “Dollar və avronun bahalaşmasından sonra benzinin qiymətlərinə baxılması üçün şirkətdə heç bir iclas və ya toplantı keçirilməyib. Köhnə qiymətlərlə satışı davam etdiririk”. Benzinin qiymətinə yenidən baxılıb-baxılmayacağı ilə bağlı suala “Azpetrol”dan da eyni cavab verilib. Şirkətin mətbuat xidmətinin rəhbəri Camal Zeynaloğlu Trend-ə bildirib ki, benzin və digər məhsulların satışı əvvəlki qiymətlərlə aparılır: “Qiymətlərə yenidən baxılması məqsədilə hər hansı iclas keçirilməyib”. Qeyd edək ki, dekabrın 21-dən Azərbaycanda dollar və avro təqribən 50 faiz bahalaşıb. / Teqlər : #Azərbaycanda benzinin qiymətində dəyişiklik gözlənilirmi?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dolların qalxması ərzağın qiymətini də kəllə-çarxa çıxardı Sabah Azərbaycanda hava çiskinli olacaq, rayonlarda qar yağacaq