Azərbaycanda valyutadəyişmə məntəqələri bağlanacaq

Valyutaları yalnız banklarda dəyişdirmək mümkün olacaq.
 
Azərbaycan Mərkəzi Bankının (AMB) 2016-cı ilin mart-aprel aylarınadək banklardan və onların filiallarından kənarda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin bağlanması haqqında qərar verəcəyi gözlənilir.
 
Maide.Az xəbər verir ki, bu barədə ölkənin bank bazarındakı mənbə Trend-ə bildirib.
 
Bu qərardan sonra valyutanı yalnız bankların mərkəzi ofislərində və filiallarında dəyişdirmək mümkün olacaq./
 

Google+ WhatsApp ok.ru