Azərbaycanda ildə 30-dək məhbus intihar edir

​ Azərbaycanda ildə 30-dək məhbus intihar edir. Bnu «Exo» qəzetinə hüquq müdafiəçisi Eldar Zeynalov bildirir.
 
O, belə hallarla bağlı təcridxana və həbsxanalarda psixoloji işin təkmilləşdirilməsini vacib sayır.
 
Onun fikrincə, uzunmüddətli həbs cəzası almaq məhbusları belə intiharlara əl atmağa məcbur edir:
 
«Yox əgər insan bir müddət sonra buna əl atıbsa, burada hansısa təzyiqlərdən və ya psixi problemlərdən danışmaq olar. Bəzənsə kriminal dünyanın qanunları bir sıra məhbusları buna əl atmağa vadar edir» - deyə E.Zeynalov bildirir.
 
Hüquq müdafiəçisi deyir ki, digər kateqoriyalarla müqayisədə məhbuslar intihara meylli olurlar. Ona görə də məhbəs yerlərində psixoloji xidmət olduqca zəruridir./

Google+ WhatsApp ok.ru