Azərbaycanda 1.5 milyon muzdlu işçi var

Yanvarın 1-nə olan rəqəmlərə görə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 495 min nəfərdir.
 
Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.
 
İşləyənlərin 877 min nəfəri dövlət sektorunun, 618 min nəfəri isə qeyri-dövlət sektorunun payına düşür.
 
Muzdla işləyənlərin ən böyük faizi təhsil sahəsinin payına düşür. İşləyənlərin 22 faizi bu sektora aiddir. 19 faiz ticarət, nəqliyyat vasitələrinin təmiri, 12 faiz sənaye, 8 faiz isə əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışanlardır.
 
Komitənin rəqəmlərinə görə, 2015-ci ildə orta aylıq nominal əməkhaqqı əvvəlki illə müqayisədə 5 faiz artaraq 466 manata çatıb. /

Google+ WhatsApp ok.ru