Azərbaycan xalqı `Ana harayı` abidəsini ziyarət edir

Bu gün Xocalı soyqırımının 24-cü ili tamam olur.
Maide.az xəbər verir ki, erməni silahlılarının Xocalıdan törətdiyi soyqırım zamanı 613 nəfər öldürülüb, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70 nəfəri qocadır. 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.
 
Hər il olduğu kimi bu il də Azərbaycanın müxtəlif regionlarından gəlmiş sadə vətəndaşlarla bərabər, Bakı sakinləri, ictimai-siyasi təşkilatlar, din xadimləri, dövlət rəsmiləri soyqırım qurbanlarını yad etmək üçün Bakıda faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edir. 

Google+ WhatsApp ok.ru