Azərbaycanda 173 mindən çox muzdlu işçi var

Azərbaycanda işsizlərin 38,1 faizi qadınlardır.  

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2016-cı il mart ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 30,6 min nəfər olub.

 İşsizliyə görə müavinətin orta məbləği 263,1 manat olub.

Bu ilin yanvar ayında sənayedə çalışan muzdlu işçilərin sayı 173,4 min nəfər təşkil edib. Onların 33,9 min nəfəri mədənçıxarma, 88,7 min nəfəri emal, 25,6 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 25,2 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb.
 
Yanvar ayında sənayedə işləyənlərin orta aylıq əmək haqqı 33,3 faiz artaraq 939,2 manata çatmışdır. Artımın əsas səbəbi mədənçıxarma sənayesində xarici investisiyalı müəssisələrdə çalışan əcnəbi işçilərə hesablanmış əmək haqlarının devalvasiya ilə əlaqədar milli valyuta ekvivalentində artması olmuşdur./

Google+ WhatsApp ok.ru