Azərbaycan və İran yaxın vaxtlarda sadələşdirilmiş viza rejimini tətbiq edə bilərlər

Azərbaycan və İran yaxın vaxtlarda sadələşdirilmiş viza rejimini tətbiq edə bilərlər.
 
Maide.az xəbər verir ki,  bunu Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov rusiyalı və iranlı həmkarları ilə üçtərəfli görüşün yekunu üzrə mətbuat konfransında deyib.
 
Nazir bildirib: "Bu məsələ Bakıda İran tərəfilə ikitərəfli danışıqlarda müzakirə olunub və biz hazırda nəticəyə yaxınıq. Tezliklə Azərbaycan və İran arasında sadələşdirilmiş vizanı tətbiq edəcəyik".
 
Qeyd edək ki, İran  2010-cu ildən Azərbacyan vətəndaşları üçün viza rejimini bir tərəfli ləğv edib./

Google+ WhatsApp ok.ru