Azərbaycanla Dağıstanın sərhədində dağıdıcı zəlzələ baş verəcək? - Proqnoz

2016 və ya 2017-ci ildə Dağıstan ərazisində 7-8 bala qədər gücü olan dağıdıcı zəlzələ proqnozlaşdırılır. Virtualaz.org «RİA Novosti» agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutunun direktor müavini Yevgeni Roqojin deyib.
 
«Şərqi Qafqaz üzrə proqnoz var. Bu, Dağıstan ərazisi, Azərbaycanla sərhəddir — orada bu il, yaxud gələn il güclü zəlzələ baş verə bilər. Biz 6-6,5 maqnitudalı, yəni 7-8 bal gücündə zəlzələ proqnozlaşdırırıq», - Roqojin bunu bildirərək, əlavə edib ki, Rusiya FHN artıq bu məlumatı alıb, yerli hakimiyyətin isə zəif binaların möhkəmləndirilməsi üçün kifayət qədər vaxtı var.

Google+ WhatsApp ok.ru