Azərbaycanda niyə lisenziyasız proqramlardan istifadə edilir?

Azərbaycanda kompüter istifadəçilərinin 85 faizi lisenziyasız proqramlar istifadə edir. Azərbaycanda hökümət orqanları informasiya texnologiyaları sahəsində əqli mülkiyyət və müəlliflik hüquqlarının pozulmasına "etinasızlıqda" ittiham edilir.
Belə ki, son illərdə əqli mülkiyyətin qorunmasına dair bir sıra qanun və qərarlar qəbul edilsə də, Azərbaycan lisenziyaya maraq göstərən ölkələr siyahısına daxil ola bilməyib.
Beynəlxalq Biznes Proqram Alyansının (BSA) 2015-ci il üçün hesabatında deyilir ki, Azərbaycan dünyada ən çox lisenziyasız proqram istifadə edilən ölkələrdən biridir. Burada kompüter istifadəçilərinin 85 faizi lisenziyasız proqramlardan istifadə edir və bu, 103 milyon dollar itkiyə səbəb olub.
Təhlilçilər bu rəqəmin böyüklüyünü vətəndaşların gəlirlərinin azlığı və hökümətin bu məsələyə etinasızlığı ilə əlaqələndirir. Hökümət rəsmiləri isə "pirat" proqram istifadəsinə qarşı mübarizə aparıldığını deyərək, bunun tədricən azaldığını vurğulayır.
Əsasən lisenziyasız proqram təminatından istifadə edən dizaynerlərdən biri deyib ki, o, "az hallarda" proqramlara görə pul ödəyir.
"Əvvəl yalnız bir proqram lazım olurdu, amma sonradan başqa-başqa proqramlar çıxdı. Onları alsam, gərək ildə 700-1000 dollar pul verim, bu mənim qazancıma görə çox bahadır"
Onun sözlərinə görə, xaricdə dizaynerlər ondan 10-20 dəfə çox qazandığından "rahatcasına" proqramları ala bilir və ya çalışdığı şirkətlər məbləği qarşılayır.
"Bizdə o mədəniyyət formalaşmayıb, şirkət rəhbərlərinə deyəndə ki, proqram alın, deyirlər ki, lisenziyasızı varsa, niyə pul verək?"
Bu səbəbdən Yaqubov istifadə etdiyi proqramların "sındırılmış" variantını istifadə edir, hərçənd ki, o bunun "oğurluq" sayılmasından xəbərdardır.
"Amma bəzən elə olur ki, 100 dollar civarında birdəfəlik ödənişli proqram varsa, onda 100 dollar verib alıram". (joy.az) /

Google+ WhatsApp ok.ru