Azərbaycanda İmam Əlinin (ə) mövludu münasibətilə tədbirlər keçirilir

Rəcəb ayının 13-də dünya müsəlmanları Əmirəl-möminin Həzrət Əlinin (ə) mövludunu qeyd edir. 
 
Maide.az bildirir ki, Ölkəmizdə də bir çox rayon və şəhərlərdə İmam Əlinin (ə) mövludu münasibəti ilə bayram tədbirləri keçirilib.
 
Tədbirlər adəti üzrə müqəddəs kitabımız Qurani-Kərimdən ayələrin oxunması ilə açıq elan edilib.
 
Daha sonra məclislər din alimlərinin xütbələri ilə davam etdi. Tədbir iştirakçıları çıxış edərək Həzrət Əlinin(ə) ali məqamı, yüksək dərəcəsindən danışdılar, Onun din uğrunda apardığı misilsiz mücadilədən söz açdılar.  Məclisi daha da zinətləndirmək üçün tədbirlərdə ilahi nəğmələrdə səsləndirilib. Sonda məclis iştirakçılarına İmamın adına açılmış ehsan süfrəsi açılıb.
 
Biz də Maide.az kollektivi adından sizləri Əmirəl-möminin Həzrət Əlinin (ə) mövludu münasibəti ilə səmimi qəlbdən təbrik edirik!⁠⁠/
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru