Azərbaycan Dağıstanda nəhəng sement zavodu tikəcək

Dağıstanın Mahaçqala və Kaspiysk şəhərləri arasında Azərbaycandan olan investorlarla birgə iri sement zavodu və ticarət-logistika mərkəzi inşa olunacaq.
 
Virtualaz.org xəbər verir ki, bu barədə Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov öz «İnstagram» səhifəsində yazıb.
 
"Respublikada Azərbaycan investorlarının iştirakı ilə reallaşdırılacaq iri layihələrdən biri Mahaçqala və Kaspiysk arasında sahəsi 30 hektar olan ticarət-logistika mərkəzi, həmçinin istehsal gücü ildə 1,8 milyon ton olan sement zavodu - "Dağıstan Sement Kombinatı" MMC-nin tikintisidir", — deyə Abdulatipov qeyd edib. /

Google+ WhatsApp ok.ru