Azərbaycanda yol haqqı yığılacaq

Yaxın zamanlarda açılması nəzərdə tutulan Ələt – Astara magistral yolunda sürücülərin hər kilometrə görə 3-4 qəpik ödəyəcəkləri bildirilir.
 
Bu haqa «Azəravtoyol» ASC-nin mətbuat katibi Anar Nəcəfliyə istinadən ANSPress xəbər yayıb.
 
Xəbərə görə, A.Nəcəfli bildirib ki, sürücülərdən alınan pulun bir qismi elə yolun saxlanılmasına yönəldiləcək: «Ələt – Astara pullu yolunun işə başlaması həmin istiqamətdə mövcud olan hazırkı yolun işinə heç bir mənfi təsir göstərməyəcək».
 
A.Nəcəfli yeni yolun yaşayış məntəqələrinə girməyəcəyini, kiçik yaşayış məntəqələri ilə heç bir əlaqəsi olmayacağını da qeyd edib.
 
«Bu isə yolda sürətin 110-120 kilometr/saat səviyyəsində saxlamağa imkan verəcək. Yaşayış məntəqələrinin içindən keçən mövcud yolda isə avtomobillər sürəti 60 km/s aşağı salmağa məcbur idilər».
 
Azərbaycanda hazırda ödənişli yollar yoxdur. Ələt-Astara belə ilk yol olacaq.

Google+ WhatsApp ok.ru