Azərbaycan təyyarəsi qəzaya uğradı: ölənlər var - YENİLƏNİB

`Təyyarənin ekipaj üzvlərindən 5-i azərbaycanlıdır`

Qaynar.info saytı isə məlumat yayıb ki, Әfqanistan daxilindә yük daşımaları mәqsәdilә "Silk Way şirkәtindәn icarәyә  götürülәn An­12 yük tәyyarәsi mühәrriklәrin sıradan çıxması sәbәbilә Kabildә  havaya qalxarkәn qәzaya düşüb. Ekipaj üzvlәrindәn 2 nәfәr (ukraynalı) ağır  vәziyyәtdәdirlәr, digәr üzvlәr isә vәfat edib”.
 
Azәrbaycan Dövlәt Mülki Aviasiya Administrasiyasından Qaynarinfo.az­a  verilәn mәlumata görә, Bakı vaxtı ilә tәxminәn saat 18.30 radәlәrindә Dvayer hava limanından uçuş zamanı aviasiya hadisәsi baş vermәsi barәdә mәlumat  daxil olub.
 
****
 
 
Trend agentliyi xəbər verir ki, tam dəqiqlşdirilməyən məlumata görə, Əfqanistanın Gilmənd əyalətində bu ölkədə yük daşımaları məqsədilə Azərbaycanın "Silk Way" şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsi ilə bağlı "aviasiya hadisəsi" baş verib.
 
Bunun nə hadisə olduğu açıqlanmır.
 
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından Trend-ə verilən məlumata görə, Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədə məlumat daxil olub.
 
İcarəyə götürülən təyyarə beynəlmiləl heyət tərəfindən idarə olunurdu. Heyətin tərkibinə Özbəkistan vətəndaşı (kapitan), üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir.
 
Eyni xəbəri Day.az Mülki Aviasiya Administrasiyasına istinadla yayıb.
 
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.
 
Komissiya əlavə məlumatı KİV-in diqqətinə çatdıracaq.

Google+ WhatsApp ok.ru