Azərbaycanda psixi xəstələrin sayı iki dəfə çoxalıb

Azərbaycanda psixi xəstələrin sayı iki dəfə çoxalıb

2016-cı ilin ilk ayları üçün psixi pozuntular və davranış pozuntuları diaqnozu ilə qeydə alınmış xəstələrə dair statistik məlumatlar açıqlanıb.
 
Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Modern.az saytının sorğusuna cavab olaraq deyib ki, 2016-cı ilin əvvəlinə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 96 079 nəfərdir:
 
Onun sözlərinə görə, 2015-ci ildə ilk dəfə psixi pozuntular və davranış pozuntuları diaqnozu ilə qeydə alınmış xəstələrin sayı 5107 nəfər olub:
“Onlardan 3530 nəfəri kişilər, 1577 nəfəri qadınlardır”.
 
Statistika göstərir ki, ötən illə müqayisədə Azərbaycanda ilk dəfə psixi pozuntu diaqnozu qoyulan xəstələrin sayında 2 dəfə artım qeydə alınıb.

Google+ WhatsApp ok.ru