Azərbaycanlı diplomat avtoxuliqanlığa görə saxlanıldı 08 İyul 2016 01:00 Xəbərlər Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin əməkdaşı ilə bağlı qalmaqallı hadisə baş verib. Modern.az saytına verilən məlumata görə, Azərbaycan səfirliyinin 3-cü katibi Abbas Mustafayev Kiyevdə avtoxuliqanlıq etdiyinə görə polis tərəfindən saxlanılıb. Hadisə şahidlərinin əməkdaşımıza bildirdiyinə görə, A.Mustafayev diplomatik toxunulmazlıq sənədini təqdim etdikdən sonra polisdən qurtula bilib. Bununla belə, azərbaycanlı diplomatı buraxan yol polisi ona xəbərdarlıq etməyi də unutmayıb. Teqlər : #Azərbaycanlı diplomat avtoxuliqanlığa görə saxlanıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyada xüsusi əməliyyat: Azərbaycanlılar tutuldu Azərbaycan hökumətinə 'yox' dedilər