Azərbaycan çaylarında sel təhlükəsi

Azərbaycan çaylarında sel təhlükəsi

Ötən günlər ərzində bəzi yerlərdə yağan yağış nəticəsində respublika çaylarının sululuğunda artım müşahidə olunub. 

Maide.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-80, Kiçik Qafqazın çaylarında 110-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 120-130 faizini təşkil edir.

 

Tranzit çaylarda hazırki vəziyyət

İyulun 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla ongünlük normanın 72 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 65 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 121 m3/s olmaqla, ongünlük normanın 139 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 18 m3/s təşkil edərək ongünlük normanın 205 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyət

İyulun 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Salyanda 3 sm azalma, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 362 sm (2015-ci il iyulun 29-da 346 sm), Salyanda 140 sm (2015-ci il iyulun 29-da 124 sm), Bankədə 191 sm (2015-ci il iyulun 29-da 176 sm), Araz çayının Novruzlu məntəqəsində isə 75 sm (2015-ci il iyulun 29-da 60 sm) təşkil edir.  /

Google+ WhatsApp ok.ru