Azərbaycanda daha bir zəlzələ olub

Azərbaycanda daha bir zəlzələ olub

Azərbaycanın şimal-qərb bölgəsində daha bir zəlzələ baş verib.
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ bu gün, sentyabrın 8-də saat 01.29-da Zaqatala rayonundan 19 km şimal-qərbdə, Balakən ərazisində qeydə alınıb.
 
Zəlzələ Balakən ərazisində 4.1 bal, ətraf rayonlarda isə 2-3 bala qədər hiss olunub.
 
Dağıntı, tələfat haqda, hələlik, məlumat yoxdur.
 
Bundan bir müddət öncə, sentyabrın 7-si axşam saat 9 radələrində də Balakən və Zaqatala rayonları ərazisində zəlzələ olmuşdu. Həmin o zəlzələ də Zaqataladan 19 km şimal-qərbdə Balakən ərazisində qeydə alınmışdı. Zəlzələnin 4.4, yaşayış məntəqələrində isə 4 bal gücündə hiss edildiyi bildirilirdi.
 
Bəzi sakinlər evlərdə və inzibati binalarda çatlar olduğunu deyirdilər.
 

Google+ WhatsApp ok.ru