Azərbaycanda valyuta satışı qaydaları dəyişdi 04 Oktyabr 2016 01:00 Ölkə Azərbaycan Mərkəzi Bankının (AMB) mütəmadi olaraq keçirdiyi valyuta hərraclarının qrafiki dəyişdirilib. Bu həftədən etibarən hərracların həftənin III və V günlər keçirilməsi ilə bağlı qərar qəbul olunub. Hərracların 3 sessiyada aparılması planlaşdırılır. Bununla yanaşı, bundan sonra hərraca çıxarılan valyutanın məbləği kommersiya bankları üçün öncədən açıqlanmayacaq. Həmçinin, hərraclarda kommersiya banklarının alışla bərabər valyuta sata biləcəyi, iştirakçıların əməliyyat zamanı kimliyinin gizlin saxlanılacağı bildirilir. (Report) Teqlər : #Azərbaycanda valyuta satışı qaydaları dəyişdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Evlənmək istəyən 484 nəfərdə xəstəlik tapıldı İstilər davam edəcək