`Azəristiliktəchizat`: Bütün qazanxanalar qış mövsümünə keçid üçün hazırdır

`Azəristiliktəchizat`: Bütün qazanxanalar qış mövsümünə keçid üçün hazırdır

"Azəristiliktəchizat" ASC-nin bütün qazanxanaları qış mövsümünə keçid üçün hazır vəziyyətdədir". Bunu açıqlamasında "Azəristiliktəchizat" ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.
 
"Sistem yumşaldılmış su ilə doldurulub, zəruri dövriyyə yaradılıb. Magistral və daxili xətlər sonun testdən keçirilib. Demək olar ki, heç bir yerdə axıntı yoxdur. Sabahdan qrafikə uyğun şəkildə qazanxanaların işə salınmasına başlanılacaq. Bizim bütün qazanxana və məntəqələrimiz payız-qış mövsümünə hazırdır. Bütün qazanxanaların işə salınması nəzərdə tutulub", - deyə R. Əliyev bildirib.
 
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev isə "APA-Economics"ə bildirib ki, təmsil etdiyi müəssisə tərəfindən mənzillərə təbii qazın verilişi mövsümü xarakter daşımır: "Biz ilin bütün fəsillərində təbii qazın verilişini tələbata uyğun şəkildə həyata keçiririk. Yay aylarında tələbat təxminən 6 milyon kubmetr olurdusa, havalar soyuduqca bu rəqəm 20 milyon kubmetrdən artıq olub. Qarşıdan gələn günlər havanın temperaturu kəskin soyuyacaqsa, təbii qazın verilişində də artım olacaq. Əhali tələbata uyğun mavi yanacaqla təmin olunacaq". (apa) /

Google+ WhatsApp ok.ru