Azərbaycan İranda dəmir yolunun inşası üçün kredit verəcək

Azərbaycan İranda dəmir yolunun inşası üçün kredit verəcək

"Hazırda iranlı həmkarlarla Rəşt-Astara üzrə danışıqlar aparılır. Azərbaycan Astara-Rəşt yolunun inşası üçün İrana kredit verəcək". 
 
Maide.Az bildirir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu" mövzusunda Bakıda keçirilən biznes forumunda çıxışında bildirib.
 
"Rusiya da bu layihədə iştirak etmək istəyir. Amma bunu müzakirə edəcəyik", - deyə C.Qurbanov qeyd edib.
"Azərbaycan Dəmir Yolları"nın rəhbəri əlavə edib ki, Bakıda bu forumun keçirilməsində məqsəd qarşılıqlı investisiya imkanlarını araşdırmaqdır. Tədbirdə ikitərəfli protokol və memorandum imzalanacaq.(report)
 

Google+ WhatsApp ok.ru