Azərbaycanda poliklinikaların sayı artırılır 28 Noyabr 2016 02:00 Ölkə Azərbaycanda ambulator-poliklinika yardımı göstərən müəssisələrin sayı artırılacaq. Trend-in məlumatına görə, bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nın layihəsində qeyd olunub. Layihəyə görə, ölkədə xəstəxanaların sayı və onların çarpayı fondu optimallaşdırılacaq. Bütün ölkə üzrə səhiyyə sahəsində coğrafi məlumat sistemi yaradılacaq. Layihədə qeyd edilir ki, səhiyyə formalarının idarəolunmasının mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş formaları müəyyən ediləcək. Bundan başqa, ilkin səhiyyə səviyyəsində göstərilən xidmətlərin həcmi genişləndiriləcək. Teqlər : #Azərbaycanda poliklinikaların sayı artırılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Motodrom`da etiraz aksiyası -VİDEO İki marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib