Azərbaycanda unikal ödəniş terminalları - valyuta da dəyişəcək (FOTO) (YENİLƏNİB) 30 Noyabr 2016 02:00 Ölkə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi poçt şöbələrində "e-GovPay" ödəniş terminallarının quraşdırılmasına başlayır. Maide.Az xəbər verir ki, bu barədə Trend-ə Mərkəzdən bildirilib. Yeni terminalların əsas üstünlüyü onların valyuta mübadiləsi, eləcə də pulun artığını qaytarma funksiyasına malik olmasıdır. Mərkəzdən deyiblər ki, belə terminallar bazarlara gələn ay daxil olacaq. Birinci mərhələdə qurğular poçt şəbəkələrində, perspektivdə isə ictimai yerlərdə də quraşdırılacaq. Hazırda ilk terminal "Azərpoçt" MMC-nin Baş İdarəsində yerləşdirilib. Terminallar vasitəsilə kommunal, rabitə xidmətləri və internetə görə ödənişləri həyata keçirmək mümkün olacaq. Teqlər : #Azərbaycanda unikal ödəniş terminalları valyuta da dəyişəcək (FOTO) (YENİLƏNİB), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dərmanlar da bahalaşdı: 10-25 faiz Sürüşmə ərazilərində təhlükənin qarşısını almaq üçün YENİ NORMALAR hazırlandı