Azərbaycanda SIM-kartların satışı mərkəzləşdiriləcək 05 Yanvar 2017 02:00 Ölkə 2017-ci ilin ilk aylarında Azərbaycanda mobil rabitə operatorlarının SIM-kartlarının mərkəzləşdirilmiş satış sisteminin tətbiq olunacağı gözlənilir. Bu barədə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib. Məlumata görə, söhbət operatorların abunəçilərinin onlayn rejimdə müəyyənləşdirilməsinə imkan verən sistemdən gedir. SIM-kartın satışı zamanı abunəçi haqqında məlumat həm operatorun məlumat bazasına, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzinə daxil ediləcək. Hökumətin SIM-kartların satışı proseduruna dəyişikliklər barədə müvafiq qərarına uyğun olaraq, kartların qeydiyyatı mərkəzləşdirilmiş və bütün operatorlar üçün vahid qaydada aparılacaq. Bu addım həmin sahədə olan nöqsanları aradan qaldırmağa və satışları sistemləşdirməyə imkan verəcək.(azadlıq.info) Teqlər : #Azərbaycanda SIMkartların satışı mərkəzləşdiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yenə tikinti, yenə narazılıq Sürüşmə sahələrindəki vəziyyət açıqlanıb - AYLIQ STATİSTİKA