Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin məbləği açıqlanıb 18 May 2017 01:00 Ölkə Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 10,2 faizini təşkil edib. Maide.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, Mərkəzi Bankın məlumatlarına əsasən, 2017-ci il aprel ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15533,3 milyon manat təşkil edib, onun 12185,4 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2016-cı il aprel ayının 1-i ilə müqayisədə 21,1 faiz azalıb. Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2017-ci il aprel ayının 1-nə 6911,5 milyon manat təşkil edib. Teqlər : #Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin məbləği açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda salınan yeni meşələrin sahəsi açıqlandı Avtobus və yük maşınlarının sürücülərinə dair yeni tələblər müəyyən edilib