Azərbaycanda bir ildə 1 milyon 600 mindən çox radar cəriməsi yazılıb - RƏSMİ

Azərbaycanda bir ildə 1 milyon 600 mindən çox radar cəriməsi yazılıb - RƏSMİ

Azərbaycanda bir il ərzində radara düşərək, cərimələnənlərin sayı açıqlanıb.
 
Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-a açıqlamasında deyib ki, 2016-cı il ərzində ümumilikdə 2,861,880 yol hərəkəti qayda pozuntusu aşkarlanıb.
 
“Yazılan protokolların 1 milyon 600 mindən çoxu elektron protokollardır. Bu protokollar xüsusi texniki vasitələrin (radar) köməyi ilə qeydə alınıb.  Qayda pozuntularının böyük bir qismi sürət həddini aşma ilə bağlıdır”. /

Google+ WhatsApp ok.ru