Azərbaycanda 6 saat internet olmayacaq – RƏSMİ

Azərbaycanda 6 saat internet olmayacaq – RƏSMİ

“Regionlarda sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi üçün işlər davam etdirilir”.
 
Bu barədə Modern.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, “Aztelekom” MMC “aztelekom.net” internet provayderinin resurslarının çatışmazlığının aradan qaldırılması, sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi məqsədi ilə həyata keçirdiyi layihə üzrə işləri davam etdirir.
Layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır.
 
Sabahdan etibarən Abşeron, Ağdam, Ağsu, Balakən, Cəlilabad, Sumqayıt, Şirvan, Füzuli, Gəncə, Göyçay, Hacıqabul, Kürdəmir, Tərtər, Zaqatala, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Naftalan, Ucar, Daşkəsən, Neftçala, Qax, Qazax, Qobustan, Quba, Xaçmaz, Qusar, Salyan, Samux, Şamaxı, Şəki, Yardımlı rayonları üzrə işlər aparılacaq.
 
Texniki yenilənmə işləri ilə əlaqədar 15 avqust saat 02:00-dan 08:00-dək qeyd olunan rayonlarda internet təchizatında müəyyən fasilələr yarana bilər. /

Google+ WhatsApp ok.ru