Azərbaycanda 35 uşaq yol qəzasında həlak olub - RƏSMİ

Azərbaycanda 35 uşaq yol qəzasında həlak olub - RƏSMİ

Kamran Əliyev: “Uşaqların əksəriyyəti valideynlərin yanında vurulub”

“Bu ilin 8 ayı ərzində azyaşlı uşaqların iştirakı ilə baş verən qəzalarda 35 nəfər həlak olub, 139 nəfər yaralanıb”.
 
Bunu Avtosfer.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib.
 
Onun sözlərində görə, ölən 35 nəfərin 23-ü məhz piyada olaraq vurulanlardır.
 
Uşaqların əksəriyyəti valideynlərin yanında vurulub: “Çox nadir hallarda olur ki, uşaqlar oynayan zaman yolun hərəkət hissəsinə qaçması nəticəsində avtomobillər tərəfindən vurulur. Ümumilikdə, uşaqların vurulma halları böyüklərə nisbətən azdır”. /

Google+ WhatsApp ok.ru