Azərbaycanla İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb 05 İyul 2018 01:00 Ölkə -- Protokol imzalanıb Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-İran Birgə Komissiyasının növbəti iclası keçirilib. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, Azərbaycanın nümayəndə heyətinə Dövlət Avtomobil Xidmətinin rəisi Həbib Həsənov İran nümayəndə heyətinə isə Nəqliyyat və Şəhərsalma Nazirliyinin idarə rəisi Reza Nəfizi rəhbərlik ediblər. İclasda Azərbaycan ilə İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdıqları problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə olunub. Tərəflər iki ölkə arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının hazırkı vəziyyətindən məmnunluq ifadə ediblər. İclasın sonunda tərəflər arasında əməkdaşlıq haqqında Protokol imzalanıb. Teqlər : #Azərbaycanla İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabahın hava proqnozu açıqlanıb Azərbaycanda uşaqlar üçün proqramlar, oyunlar yaşa görə təsnifata bölünəcək - Hansı formada?