Azərbaycan və İran arasında elektron TIR-la bağlı memorandum imzalanıb

Azərbaycan və İran arasında elektron TIR-la bağlı memorandum imzalanıb

Azərbaycan və İran birgə avtobus istehsal edəcək

Sabah Azərbaycanla İran arasında, Hacıqabul Sənaye Məhəlləsində “Scania” markalı avtobuslar istehsal edəcək birgə müəssisənin yaradılmasına dair müqavilə imzalanacaq.
 
Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-İran biznes-forumunda məlumat verib.
 
Nazir iki ölkə arasında iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu da deyib: “2018-ci ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 74% artıb. Bu, əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir. Nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm, tranzit daşımaları sahəsində əlaqələrimiz genişdir və əməkdaşlığımız regional əhəmiyyətə malikdir. O cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi əlaqələrimizdə mühüm əhəmiyyət kəsb edir. Keçən il bu dəhlizlə yük daşımaları 10 dəfədən çox artıb. Gələn ilin sonuna qədər Bakıdan İranla sərhədə qədər olduğu kimi, Rusiya ilə sərhədə qədər də yeni avtomobil yolu istifadəyə veriləcək. İran sahibkarları yüksək səviyyəli infrastrukturdan istifadə edib yüklərini daşıya biləcəklər".
 
Bundan başqa "Azərbaycan və İran arasında elektron TIR-la bağlı memorandum imzalanıb". Bunu Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abbasov bildirib.
 
Onun sözlərinə görə, sözügedən memorandum sayəsində qısa idxal bəyənnaməsinə ehtiyac olmayacaq: "Hazırda Türkiyə, Gürcüstan və digər sərhəd ölkələri ilə də bu cür memorandum imzalamaq niyyətindəyik.
 
Türkiyə ilə İran arasında da analoji memorandum imzalanıb. Gələcəkdə Türkiyə ilə bu cür sənəd imzalandıqdan sonra vahid bir sistem olacaq".
 

Google+ WhatsApp ok.ru