Azərbaycanın bütün məscidlərində bayram namazı qılınıb

Azərbaycanın bütün məscidlərində bayram namazı qılınıb

Azərbaycanın bütün məscidlərində, Ramazan ayının başa çatması ilə əlaqədar bayram namazı qılınıb.
 
Maide.Az xəbər verir ki, məscidlərdə Quran  tilavət olunub, dualar edilib. 
 
Caamatla birlikdə namaz qılındıqdan sonra xətiblər çıxış edib.
 
Çıxışlarında Ramazan bayramı münasibəti ilə bütün dünya müsəlmanlarını, o cümlədən Azərbaycan xalqını təbrik ediblər. 
 
Qeyd olunub ki, Ramazan ayı bədənlərə şəfa, könüllərə səfa bəxş edən, rəhmət, məğfirət, bərəkət və müjdələrlə dolu bir aydır. Oruc, gözümüzün nuru, ruhumuzun güc qaynağıdır.  
 

 

Google+ WhatsApp ok.ru