Azərbaycanda problemli kreditlər artmaqda davam edir 30 Sentyabr 2019 15:40 Xəbərlər Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il sentyabrın 1-nə 1 491,3 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, avqustun 1-i ilə müqayisədə 0,3% çoxdur. Xatırladaq ki, problemli kreditlər iyul ayından bəri yenidən artım nümayiş etdirir. Bununla belə, sözügedən göstərici ilin əvvəlinə nisbətən problemli kreditlər 5,9%, son 1 ildə isə 15,9% azalıb. Avqustun sonuna vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10,8% olub. Bu nisbət iyulun sonuna 10,9%, ötən ilin sonuna 12,2%, ötən il avqustun sonuna isə 14,4% təşkil edib. Teqlər : #Azərbaycanda,#problemli,#kreditlər,#artmaqda,#davam,#edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gürcüstan məhkəməsi məscid inşasına qoyulan qadağanı ləğv etdi Çin bayram edir, Honq Konq etirazlara hazırlaşır