Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan avtobus  yanıb

Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan avtobus yanıb

İranın Xuzistan əyalətinin Əhvaz şəhəri yaxınlığında Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan avtobus yanıb.

Maide.Az xəbər verir ki, hadisə ötən gün axşam baş verib.

İranın Əhvaz rayonu icra hakimiyyətinin yanğınsöndürmə və təhlükəsizlik xidmətləri idarəsinin direktoru İbrahim Qənbəri bildirib ki, yanğına səbəb avtobusun elektrik naqillərində yaranmış nasazlıq olub.

İ.Qənbəri bildiib ki, hadisə yerinə dərhal yanğınsöndürmə əməkdaşları cəlb olunub və avtobusun bütün sərnişinləri təxliyə edilib.

Hadisə zamanı bir qadın tüstüdən zəhərlənib, xəstəxanaya yerləşdirillib.

Google+ WhatsApp ok.ru