Azərbaycanda onlayn sosial etibarnamənin tətbiqinə başlanıldı 08 Aprel 2020 11:52 Xəbərlər Ədliyyə Nazirliyi tərəfindən əhaliyə məsafədən göstərilən xidmətlərin genişləndirilməsi üzrə tədbirlər davam etdirilir. Nazirlikdən Trend-ə bildirilib ki, bu məqsədlə müasir innovativ metodlardan istifadə olunmaqla yaradılmış "Mobil notariat" proqram təminatı vasitəsilə vətəndaşlara notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarə olunmasına dair, həmçinin vəkillərə verilən etibarnamələrin mobil telefonlar vasitəsilə elektron qaydada rəsmiləşdirilməsi imkanı yaradılıb. Artıq elektron qaydada rəsmiləşdirilən etibarnamələrin sayı minlərlə ölçülür. Bu gündən tətbiq edilən yeni xidmət vasitəsilə "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pulsuz və ya güzəştli dərman yardımı almaq hüququ olan vətəndaşlara Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda həftənin bütün günü 24 saat ərzində həmin dərmanları əldə etmək üçün evlərini tərk etmədən dövlətin sosial proqramından yararlanmaq məqsədilə digər şəxslərə real vaxt rejimində elektron etibarnamə vermək imkanı yaradılıb. Sosial etibarnamənin elektron qaydada verilməsi imkanın yaradılması karantin rejimi dövründə sağlamlığının qorunması üçün evlərini tərk etməyə məhdudiyyət qoyulmuş bu xidmətlərin əsas istifadəçisi yaşı 65-dən yuxarı olan vətəndaşlar üçün xüsusi əhəmiyyət kəsb edir. 07.04.2020-ci il tarixdən istifadəyə verilən və 100 mindən çox insanın faydalanacağı "Sosial etibarnamə"dən vətəndaşlar AppStore və PlayStore platformasından pulsuz "Mobil notariat" tətbiqini yükləyərək, habelə artıq istifadəçi olanlar isə proqramı yeniləməklə yararlana bilərlər. Ətraflı məlumat mobil tətbiqin sosial şəbəkə səhifələrində (www.facebook.com/mobilnotariat və www.instagram.com/mobil_notariat/) yerləşdirilib. Qeyd olunmalıdır ki, xüsusi karantin rejimində olan vətəndaşlarımızın durumuna həssas yanaşılaraq xidmət pulsuz göstəriləcək. Teqlər : #Azərbaycanda,#onlayn,#sosial,#etibarnamənin,#tətbiqinə,#başlanıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ÜST nümayəndəsi: ‘Dünyada pandemiyanın sonunu təxmin etmək hələ tezdir’ AB Suriya mühasirəsinin tərəfdaşıdır Xəbərlər Ukrayna Ali Radasının yeni I vitse-spikeri seçilib NATO-nun Moskvadakı xüsusi qurumunun fəaliyyəti dayandırılacaq Livan parlament seçkilərinin vaxtı açıqlanıb Rusiyaya qarşı müdafiəmizi artırdıq - NATO Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək İran prezidenti nüvə danışıqlarında Qərb ölkələrini ciddi olmağa çağırdı Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib ABŞ müdafiə naziri Gürcüstana səfər edib Moskva metrosunda 'üz tanıma sistemi ilə ödəniş' oldu Almaniya Bundestaqına keçirilmiş seçkilərin yekun nəticələri açıqlanıb Oktyabrın 18-dən hava qeyri-sabit olacaq - XƏBƏRDARLIQ Şəhidimiz bu gün dəfn olunacaq - FOTO Livan Ali Müdafiə Şurasının təcili iclası çağırılıb Tbilisidə Saakaşvilinin tərəfdarları mitinqə toplaşır - FOTO Peşə təhsili üzrə ixtisasların sayı artırılıb Özbəkistanda prezident seçkilərindən on gün əvvəl səsverməyə başlanılıb Beyrutda mitinq iştirakçılarına atəş açıldı, ölən və yaralananlar var - YENİLƏNİB - VİDEO Norveçdə yeni baş nazirin adı məlum oldu Filippində qasırğada ölənlərin sayı 30-a çatıb, 14 nəfər itkin düşüb Putin: Əfqanıstandakı mövcud vəziyyətin təqsirkarı ABŞ -dır Putin: Əfqanıstandakı mövcud vəziyyətin təqsirkarı ABŞ -dır Samirra İmam Həsən Əskərinin (ə) şəhadətinə hazırlaşır - FOTO Müdafiə Nazirliyi Gəncədəki partlayış səsləri barədə açıqlama yaydı Norveçin Baş naziri və hökuməti istefa verib Qırğızıstana yeni Baş nazir təyin edilib Rusiya Dövlət Dumasına sədr seçilib 'Toyota' Ginnessin rekorduna imza atıb Əlcəzairdə 500 fransa şirkəti baykot olundu Avstriyanın yeni kansleri and içib - YENİLƏNİB Bu gündən COVID-19 pasportu olmayanlar məhkəmə binalarına buraxılmayacaq İmam Rzanın (ə) mübarək hərəminin bayrağı dəyişdirildi - FOTO Çexiyanın Baş naziri parlament seçkilərində məğlub olduğunu etiraf edib Azərbaycanda bəzi universitetlərin nəzdindəki kolleclər yenidən təşkil edilir Batumidə yaşayış binası çöküb - YENİLƏNİB Gələn il Rusiyadan Bakıya yeni aviareys açılacaq Bəzi marşrutların hərəkət sxemi dəyişdirildi İraq parlamenti buraxılıb Bakının 7-ci və 8-ci mikrorayonlarında su kəsiləcək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq Dini liderlərin VII qurultayının tarixi açıqlanıb Gürcüstan vasitəsilə Rusiyaya yük daşımalarında ləngimələr yaranıb