Azərbaycanın yaxın ölkələrlə rəsmi ticarət statistikası

Azərbaycanın yaxın ölkələrlə rəsmi ticarət statistikası

Maide.Az "Novator.az"a istinadla Azərbaycanın yaxın ölkələrlə rəsmi ticarət statistikasını təqdim edir:
 
Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyəyə 1,4 milyard dollarlıq məhsul ixrac edib.
 
Rusiyaya 380,5 milyon, Gürcüstana 234,6 milyon, Ukraynaya 230,4 milyon, Belarusa 65,6 milyon, İrana 18 milyon, Qazaxıstana 14,5 milyon, Türkmənistana 9,5 milyon, Özbəkistana 5,4 milyon, Moldovaya 3,3 milyon, Litvaya 1,6 milyon dollarlıq, Qırğızıstana 857,2 min, Estoniyaya 586,5 min, Tacikistana 334,9 min, Latviyaya 168,8 min dollarlıq ixrac qeydə alınıb.
 
Yanvar-iyun aylarında Azərbaycan Rusiyadan 913,9 milyon dollarlıq mal alıb.
 
Türkiyədən Azərbaycana 739,5 milyon, Ukraynadan 212,9 milyon, İrandan 137,4 milyon, Belarusdan 56,5 milyon, Türkmənistandan 49 milyon, Qazaxıstandan 35,8 milyon, Özbəkistandan 30,5 milyon, Gürcüstandan 29,1 milyon dollarlıq məhsul göndərilib.
 
Digər yaxın ölkələrdən idxal göstəriciləri belə rəsmiləşib:
 
Litva – 8,4 milyon dollar
 
Latviya – 6,1 milyon dollar
 
Moldova – 1,9 milyon dollar
 
Estoniya – 1,7 milyon dollar
 
Qırğızıstan – 1,7 milyon dollar
 
Tacikistan – 1,8 min dollar.
 

Google+ WhatsApp ok.ru