Azərbaycanı ərzaq qıtlığı təhdid edirmi?

Azərbaycanı ərzaq qıtlığı təhdid edirmi?

“Müsavat.com” saytında isə “Azərbaycanı ərzaq qıtlığı təhdid edirmi?” sualına iqtisadçı-ekspert Rəşad Həsənovla cavab axtarılır.

 
Məqalədə indki COVİD-19 pandemiyası ilə bağlı sərt karantin rejiminin yumşaldılması barədə Operativ Qərargahın avqustun 5-də verdiyi qərarın işsizliyi nə drəcədə aradan qaldıra biləcəyi, bu fonda dünya iqtisadiyyatının kiçildiyi indiki halda qıtlığın ola bilməsi mümkünlüyü araşdırılır.
 
R.Həsənova görə, bu yumşalmalar iqtisadi aktivliyə təsir göstərəcək səviyyədə deyil.
 
O, turizm, iaşə sektoru, ayrı-ayrı fəaliyyət sahələri, bir sıra iqtisadi istiqamətlər üzrə yumşaldılmaların olmadığını bildirir. Onun fikrincə, bu səbəbdən SMS icazənin ləğvi müəyyən dərəcədə fərdi tikinti işləri ilə məşğul olan insanların fəaliyyətinə şərait yaradıb.
 
“Beləliklə, ölkə iqtisadiyyatının aktivliyini artırmaq üçün karantin rejimində bir sıra başqa yumşalmalar tətbiq edilməlidir. Ötən illə müqayisədə bu ilin iyun ayında iaşə sektorunda 4,3 dəfə azalma qeydə alınıb. Lakin qeyd etdiyim rəsmi statistikadır, qeyri-rəsmi statistikada isə bu zərər 10-15 dəfə çoxdur. Turizm sahələrində isə 48 faiz azalma qeydə alınıb. Regionlara gediş-gəliş qadağası olduğu üçün daxili turizm də fəaliyyətdə deyil".
 
Ekpertə görə, bunların aradan qaldırılması üçün daha təkmil mexanizmlərə ehtiyac var: “Həm dünya ölkələri, həm də Azərbaycan müəyyən qədər pandemiya ilə yaşamağı öyrənməlidir, iaşə obyektlərinin hər hansı formada fəaliyyətinə şərait yaratmaq lazımdır”.
 
R.Həsənov deyir ki, karantin rejimi dünya ölkələri kimi Azərbaycanda da istehsal prosesinə neqativ təsir göstərir, bu da müəyyən risklər yaradır. Artıq dünya bazarında bir sıra məhsulların qiymətində artım baş verib.
 
Ekspertə görə, Azərbaycanda böyük qiymət artımı gözlənilmir, səbəb də budur ki, bu istiqamətdə əhalinin alıcılıq gücü onsuz da aşağıdır.
 
R.HəsənovAzərbaycanda qıtlıq təhlükəsilə bağlı dünya çapında istehsalın daralması ilə məhsullara tələbatın azalması, idxalı əvvəlki kimi təmin edə bilməməsi, təmin etdikdə qiymətlərin bahalaşması, Azərbaycandakı quraqlığın məhsul istehsalına mənfi təsiri və bazarlarda qıtlıq təhlükəsi yarada bilməsi kimi iki istiqamət göstərir.
 

Google+ WhatsApp ok.ru