Azərbaycan Türkiyədən 320 ədəd avtobus alacaq

Azərbaycan Türkiyədən 320 ədəd avtobus alacaq

Azərbaycan Türkiyədən 320 ədəd orta və iritutumlu avtobus alacaq.
 
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bununla bağlı dekabrın 10-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə təşkil olunan mərasimdə Bakı Nəqliyyat Agentliyi ilə qardaş ölkənin “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında müqavilə imzalanıb. 
 
170 ədədi 9, 150-ədədi isə 12 metrlik olacaq bu avtobuslar sərnişindaşıma tələblərinə tam cavab verir. Yeni müasir və rahat 9 metrlik avtobusların gətirilməsi xüsusi ilə daha çox kənd və qəsəbələr üzrə müasir sərnişindaşıma xidmətləri ilə göstərməyə imkan verərəcək. 
 
 

Google+ WhatsApp ok.ru