Azərbaycanda güclü yanğın - ÖLƏN VAR 08 Fevral 2021 12:23 Hadisə Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı "Şəfa" sanatoriyasında yanğın baş verib. Maide.az APA-ya istinadən bildirir ki, yanğın sanatoriya binasındakı mənzillərin birində meydana gəlib. Dərhal əraziyə yanğınsöndürənlər cəlb olunub və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı binada olan məcburi köçkünlər təhlükəsiz əraziyə təxliyə edilib. Hadisə nəticəsində yanıq xəsarətləri alan, sakin, 1972-ci il təvəllüdlü Əhmədov Məzahir Nuşirəvan oğlunu xilas etmək mümkün olmayıb. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Teqlər : #Azərbaycanda,#güclü,#yanğın,#ÖLƏN,#VAR, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xəzərdə dalğa 2.2 metrə çatıb Müharibədən sonra 14 nəfər minaya düşərək həlak olub - Prokurorluq
Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb - VİDEO - YENİLƏNİB2