Azad edilən hicab məhbusu: Məhbus ruhanilərimiz bizə İmam Hüseyn (ə) şücaətini öyrətdi

Xəbər verdiyimiz kimi əfv fərmanı ilə azad edilənlər arasında 3 hicab məhbusu da var
Nahid Nəsibov bu hicab məhbuslarından biridir. O azad ediləndən sonra mətbuata açıqlama verib. O ölkədəki dini dəyişikliklərin səbəbinin məhbus ruhanilər olduğunu bildirərək deyib: “Bu gün ölkəmizdə baş verən proseslər, dinin bu qədər hörmətli tutulması, dindarlar üçün bu şəraitin yaradılması, yeni məscidlərin tikilməsi, ruhanilərin həbsinin dayandırılması, dini-ictimai təşkilatların formalaşması və s. bu kimi işlərin görülməsi heç bilirsiz nəyin nəticəsidir? Əlbəttə ki, bunu çoxumuz yaxşı bilirik. Amma dilimizə gətirib deməyi özümüzə vəzifə bilmirik. Bu islərin bu cür formalaşmasının əsas səbəbkarları zindanlarda günahsız həbs olunan ruhanilərimiz və mübariz möminlərin səyinin nəticəsidir” 
 
Maide.az-ın  verdiyi məlumata görə,  "Azadxeber.az"-a danışan hicab məhbusu Nahid Nəsibov sözlərinin davamında deyib ki,  bu gün hökumət onlara barışqıq əli uzadıb: "Bu əli uzadanlar bilməlidir ki, biz hər zaman haqsızlıq baş verərsə yenə də ona qarşı susmayacağıq. Necə ki zindanda olan Abgül Süleymanov, Tale Bağırov, Mövsüm Səmədov kimi mübariz ruhanilərimiz bizə haqq yolunda, canından , malından, azadlığından belə keçməyi öyrətdilər. İmam Hüseynin (ə) şücaətinə uyğun yaşamağı bizə bu insanlar öyərdiblər. Bizə şəhidlik nəsib olmasa da, qəlbimiz hər zaman şəhadət hissi ilə döyünür. Bütün zindanda olan tanıdığım, tanımadığım möminlərin hamısının adından deyirəm ki, bizi heç bir şey sarsıda bilməz. Əksinə bu işlər bizlərə ruh yüksəkliyi gətirir".
 
Qeyd edək ki, bu gün azadlığa çıxan üçün hicab məhbusu Quliyev Muraday, Qəhrəmanov Nahid və Quliyev Ceyhun 5 oktyabr Təhsil Nazirliyi qarşısında keçirilən aksiya zamanı saxlanılaraq 5 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Hər üç məhbus bu gün azadlığa buraxıldıqdan sonra şəhid Vaqif Abdullayevin, Şəhid Mübarizin qəbrini ziyarət etdikdən sonra oradan da müqəddəs Bibi-Heybət ziyarətgahına gediblər. 
"Bu gün bu qəbri-şərifi ziyarət etməyimizdə məqsəd budur ki, Hacı Vaqifin, şəhid seyyid Mübarizin məqamına çata bilməsək də, amalımız bu kişilər kimi Allah c.c yolunda şəhid olmaqdır.", - deyə hicab məhbusları bildirib. 
 
 

Google+ WhatsApp ok.ru