AZAL Avropa Oyunlarında akkreditasiya olunanlara 50 faiz güzəşt edir

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Avropa Oyunlarında akkreditasiyadan keçmiş xarici ölkə vətəndaşları üçün xüsusi güzəşt müəyyən edib. 
 
AZAL-ın mətbuat xidmətinin məlumatına görə, xarici ölkə vətəndaşları Avropa Oyunlarına akkreditasiyasını təqdim etməklə bu ilin sonunadək AZAL-ın bütün istiqamətlərdə reyslərinə biletləri 50% endirimlə ala biləcək. 
 
Akreditasiya sənədlərini saxlamaqla yenidən Azərbaycana səfər etmək də olar. 

Google+ WhatsApp ok.ru