Azərbaycanda 620 min əlil var

Azərbaycanda 620 min əlil var

-- bunun 270 mini uşaqlardır

Azərbaycanda əlilliyin statistikası açıqlanıb.
 
Maide.Az bildirir ki, APA-nın məlumatına görə, bu gün, mayın 23-də Milli Məclisdə keçirilən dəyirmi masada parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, ölkədə 620 min əlil var.
 
O vurğulayıb ki, bunun 270 mini uşaqlardır. Deputat uşaqlar arasında əlilliyin yaranmasında ailə institutunda olan problemləri səbəb göstərib.
 
2018-ci il aprel ayının 1-nə olan məlumata görə, ölkə əhalisinin sayı 9 milyon 916 min 345 nəfərə çatıb.
 

Google+ WhatsApp ok.ru