Azərbaycanda əhalinin sayı açıqlandı - 9 890 712

Azərbaycanda əhalinin sayı açıqlandı - 9 890 712

-- Yeni doğulan körpələrin çoxu oğlandır - 53,1faiz

Ötən ilin əvvəlindən ölkə əhalisinin sayı 80731 nəfər və ya 0,8 faiz artaraq 2017-ci il dekabr ayının 1-i vəziyyətinə 9 milyon 890 min 712 nəfərə çatıb.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
 
Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olmuşdur. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.
 
Azərbaycanda yenə doğulan körpələrin çoxu oğlandır - 53,1faiz
 
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-noyabr aylarında ölkə üzrə 132002 doğulan körpə qeydə alınıb.
 
Əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib. Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarından ibarət olub.
 
Məlumata görə, körpələrdən 2374-ü əkiz, 54-ü üçəm doğulanlardır.
 

Google+ WhatsApp ok.ru