Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

-- 900-ə endirilib

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün kvota azaldılıb.
 
Maide.Az "APA"-ya istinadən xəbər verir ki,  əvvəldən kvota 2000 nəfər nəzərdə tutulsa da, sonradan 900-ə endirilib. Buna səbəb olaraq Səudiyyə Ərəbistanı Krallığı Həcc Nazirliyinin bütün ölkələr üzrə yeni kvota müəyyən etməsi göstərilir. Bildirilib ki, zəruri ehtiyac və xüsusi vəziyyət yarandığı halda sənəd qəbulunun vaxtı və kvotada artım ola bilər. Sənəd qəbulu mayın 1-dək davam edəcək.
 
Zəvvarların Həccə uçuşunu isə  Azərbaycan Hava Yolları (AZAL) təşkil edəcək.
 
Azərbaycandan Həcc ziyarətinə zəvvarların səfəri avqustun 14, 15 və 16-da baş tutacaq. Zəvvarların dönüşü isə sentyabrın 1, 2 və 3-ə planlaşdırılıb. Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunur. 
 
Qeyd edək ki, bir müddət öncə Azərbaycanlı zəvvarlar üçün kvotanın  600 nəfər olmasına dair xəbərlər yayılsada, sonradan bu təkzib olundu və kvotanın 2000 nəfər olduğu bildirildi. 
 
2017-ci ildə Azərbaycandan Həccə 900 zəvvar getmişdi. 
 

Google+ WhatsApp ok.ru