Bəzi meteohəssas insanlarda narahatlıq yaranacaq

Bakı və Abşeron yarımadasında noyabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı ehtimal olunur. Mülayim şimal küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 7-10, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında noyabrın 18-də hava şəraitinin gecə və səhər saatlarında bəzi yerlərdə dumanlı, çiskinli, əsasən şimal və şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,  gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
 
Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2-3 gün ərzində Abşeron yarımadasında nisbətən rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, atmosfer təzyiqinin və temperaturun norma daxilində tərəddüdü müsbət amildir.

Google+ WhatsApp ok.ru