Bəhreyndə anti-hökumət aksiyaları keçirilib 11 Dekabr 2014 02:00 Xəbərlər Bəhreyn vətəndaşları bir daha Ali Xəlifə rejiminin siyasətlərinə etiraz olaraq aksiya keçiriblər. Maide.az-ın Press TV-yə istinadən məlumatına görə,bu gün Bəhreynin müxtəlif şəhər və kəndlərində, o cümlədən Manama və Kərzəkanda Bəhreyn vətəndaşlarının iştirakı ilə dinc aksiyalar keçirilib. Ali Xəlifə rejiminin yürütdüyü siyasətlərə etiraz olaraq keçirilən bu aksiyalarda etirazçılar siyasi məhbusların azad edilməsini tələb ediblər. Bəhreynin Əl-Vifaq Cəmiyyəti bəyanat yayaraq bazar ertəsi günü bu ölkənin qərbində törədilən partlayışları pisləyib. Qeyd edək ki, 2011-ci ilin fevral ayından, Bəhreyn vətəndaşları Ali Xəlifə rejiminin yürütdüyü siyasətlərə etiraz edir və ölkədə sosial azadlıq və ədalətin bərpa edilməsini tələb edirlər. Lakin Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələri aksiyaçılara divan tutur və həbs etdiyi etirazçılara da işgəncələr verir. / Teqlər : #Bəhreyndə antihökumət aksiyaları keçirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Metroda güclü panika (FOTO) Pakistanın Karaçi şəhərində gəmi görünüşlü məscid (FOTO-VİDEO)