Bəhreyn İnsan Haqları Mərkəzinin sədri həbs edilib

Ali-Xəlifə rejiminə bağlı qüvvələr Bəhreyn İnsan Haqları Mərkəzinin sədri Nəbil Rəcəbi həbs edib.
Maide.az xəbər verir ki, PressTV-nin məlumatına görə, Nəbil Rəcəb cümə axşamı paytaxt Manamanın qərbində, Bəni Cəmrə kəndində Ali-Xəlifə qüvvələri tərəfindən həbs edilib. 
Bəhreyn İnsan Haqları Mərkəzinin sədri Nəbil Rəcəb bir müddət öncə öz Tvitter səhifəsində Bəhreynin Co zindanında saxlanılan məhbusların acınacaqlı vəziyyətdə saxlanılmasını tənqid edərək, siyasi məhbuslara işgəncənin davam etdiyi barədə faktların olduğunu yazmışdı. 
Bəhreyn 2014-cü ilin oktyabrında da Nəbil Rəcəb Müdafiə və Daxili İşlər nazirlərini təhqir etməsi bəhanəsi ilə həbs və 6 ay azadlıqdan məhrum edilmişdi./

Google+ WhatsApp ok.ru