Bəzi rayonlarda bu gün qaz olmayacaq

Bu gün saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin bəzi qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
 
Bu barədə “Azəriqaz” İB-dən Maide.az-a bildirilib. 
 
Qurumdan həmçinin bildirilib ki, təmir müddətində Bərdə rayonunun Mehdixanlı və Seyidhüseynli, Hacıqbul rayonunun Muğan və Udulu kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Binəqədi rayonunun, həmçinin Xəzər rayonunun Türkan qəsəbəsi və Mərdəkan qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Google+ WhatsApp ok.ru