Bərdədə məcburi köçkünlərin məscidini sökdürən kimdir? - Foto

Bərdədə aprelin 14-dən  məcburi köçkünlərin 866-ci  və 566-cı qəsəbələrindəki "İmam Zaman (ə.f)" adına məscid  bağlanıb.

Maide.Az İslamazeri-yə istinadən xəbər verir ki, bir neçə il öncə ürəklərində "Qarabağ dərdi" olan məcburi köçkünlərin maddi vəsaiti hesabına tikilmiş  kiçik bir məscid hazırda sökülmək ərfəsindədir.

Məcburi köçkünlərin bildirdiyinə görə,  aprelin 14-də məscidə daxil olan  polis geyimli şəxslər məscidin içini dağıdıblar. “ "Məscid əvvəl qaçqınlar(red: məcburi köçkünlər) yaşayan yerdə olub - "ərəb çadırları" deyilən yer idi. Sonra qaçqınlar buradan köçdülər və bu ərazini imkanlı bir şəxs alıb. Gəlib deyirki, mənimdir sökürəm. İndi biz qaçqınlara ev tikiblər; iki qəsəbədir 866-ci  və 566-cı qəsəbələr.  Lakin bizim namaz qıldığımız məscidi indi sökmək istəyirlər. Zahir adlı şəxs polislərin köməyilə məscidi bağlayıb. Biz kimə müraciət edək?”,-deyə sakinlər bildiriblər.

Qeyd edək ki, Bərdədəki məcburi köçkünlər indiyə kimi məsələ ilə bağlı Bərdə şəhər "Cümə" məscidinin axunduna və DQİDK-nin rayon şöbəsinə müraciət ediblər. 

Məscidin əvvəlki halı:

 

Aşağıdakı fotolar məscidin indiki halıdır:

 
 
 

 

Google+ WhatsApp ok.ru