Bəhreyndə Ayətullah İsa Qasimə görə etiraz aksiyaları davam edir

Bəhreyndə Ayətullah İsa Qasimə görə etiraz aksiyaları davam edir

Bəhreyn rejimi qüvvələrinin Ayətullah İsa Qasimin evinə etdiyi basqından bir həftə keçir. Alimin taleyi haqda hələ də dəqiq məlumat yoxdur.
 
Bir həftə bundan öncə Bəhreyn rejiminin əd-Dərraza basqınından sonra tutulanlar haqda hələ də məlumat yoxdur.
 
Hazırda əd-Dərrazda Bəhreyn rejimin qüvvələri komendat saatı tətbiq edib. Bölgəyə yerli sakinlər ciddi yoxlanışlardan sonra buraxılır. Bir həftə öncə Ayətullah İsa Qasimin evində həbs edilən 50 nəfərdən heç bir xəbər yoxdur. Ayətullah isa Qasimin həbs edildiyi yaralandığı və ya ev dustaqlığı şəraitində qalması hələ məlum deyil.  Həmin basqında 6 nəfər şəhid olmuş, 280 nəfər həbs edilmiş və 200-dən artıq şəxs yaralanmışdı.
 
Bu arada Bəhreynin onlarla rayon və qəsəbələrində həmin basqına görə və həmin basqında şəhid edilənlərin xatirəsinə həsr olaraq, etiraz aksiyaları keçirilib. (islaminsesi) /

Google+ WhatsApp ok.ru